Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyinin 393 əməkdaşı vəzifəsindən azad edilib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlar Fətullah terror təşkilatı (FETÖ) ilə əlaqəli olmaqda şübhəli sayılırlar.
Nazirlikdə "təmizləmə" əməliyyatının davam etdiriləcəyi bildirilib.