Bakı. 18 fevral. REPORT.AZ/ Təhlükəsizlik orqanları Türkiyənin 7 əyalətində eyni vaxtda antiterror əməliyyatı keçiriblər.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, əməliyyatlar nəticəsində terrorçuluqda şübhəli bilinən 12 nəfər tutulub.
Əməliyyatlar ölkənin Ankara, Adana, Bolu, Tekirdağ, İzmir, İstanbul və Diyarbəkir əyalətlərində keçirilib .
Qeyd edək ki, fevralın 17-də Ankaradakı terror nəticəsində 28 nəfər həyatını itirib, 61 nəfər isə yaralanıb.