​Türkiyənin 65-ci hökuməti əsas fəaliyyət istiqamətlərini açıqlayıb

​Türkiyənin 65-ci hökuməti əsas fəaliyyət istiqamətlərini açıqlayıb "Bütün vətəndaşlarımızın özünü azad hiss edəcəyi bir Türkiyə quracağıq"
Region
30 May , 2016 13:44
​Türkiyənin 65-ci hökuməti əsas fəaliyyət istiqamətlərini açıqlayıb

Bakı. 30 may. REPORT.AZ/ Türkiyənin 65-ci hökumətinin əsas fəaliyyət istiqamətləri açıqlanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Mayın 30-da baş nazir Binəli Yıldırımın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ikinci toplantısından sonra hökumət sözçüsü Numan Kurtulmuş bildirib: "Əsas hədəflərimiz bunlardır: Türkiyə istehsalçı iqtisadiyyata sahib bir dövlət olacaq, terroru məhv edənədək mübarizə aparacağıq, yeni Konstitusiya hazırlayacağıq, prezidentlik sistemini gündəliyə gətirəcəyik, ölkəmizdə siyasi islahatları başa çatdıracağıq, bütün vətəndaşlarımızın özünü azad hiss edəcəyi bir Türkiyə quracağıq, xarici siyasətdə bütünlüyü qoruyacağıq".

Son xəbərlər

Orphus sistemi