Türkiyənin 6 əyalətində antiterror əməliyyatı keçirilib, 81 nəfər tutulub

Türkiyənin 6 əyalətində antiterror əməliyyatı keçirilib, 81 nəfər tutulub Onların 60-ı xarici ölkə vətəndaşıdır
Region
27 Oktyabr , 2016 15:08
Türkiyənin 6 əyalətində antiterror əməliyyatı keçirilib, 81 nəfər tutulub

Bakı. 27 oktyabr. REPORT.AZ/ Türkiyənin 6 əyalətində terrorçu İŞDİ qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində 81 nəfər tutulub.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, tutulanların 21-i qruplaşmanı idarə edənlərdir.

Məlumata görə, əməliyyatı İstanbul Təhlükəsizlik İdarəsi Terrorçuluğa qarşı mübarizə şöbəsinin əməkdaşları keçiriblər. Antiterror tədbiri Türkiyənin İstanbul, Qaziantep, Şanlıurfa, Kırklareli, Ədirnə və Ərzurum əyalətlərində gerçəkləşdirilib.

Xəbərdə bildirilib ki, tutulanların 20-si 18 yaşdan kiçik, 60-ı isə xarici ölkə vətəndaşıdır. 

Son xəbərlər

Orphus sistemi