​Türkiyənin 18-ci baş naziri vəfat edib

​Türkiyənin 18-ci baş naziri vəfat edib Həbri çevrilişdən sonra ölkənin Milli Təhlükəsizlik Şurası ona 44-cü hökuməti formalaşdırmağı tapşırıb
Region
23 Dekabr , 2015 09:42
​Türkiyənin 18-ci baş naziri vəfat edib

Bakı. 23 dekabr. REPORT.AZ/ Türkiyədə 1980-ci il sentyabrın 12-də baş verən hakimiyyət çevrilişi zamanı ölkənin baş naziri olmuş Saim Bülend Ulusu 92 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Çevrilişdən sonra ölkənin Milli Təhlükəsizlik Şurası ona 44-cü hökuməti formalaşdırmağı tapşırıb. Bununla da Türkiyənin müasir tarixinə 18-ci baş naziri kimi düşüb.

Saim Bülend Ulusu 1983-87-ci illərdə millət vəkili olub.

Qeyd edək ki, 1980-ci il sentyabr 12-də baş verən hərbi çevrilişin başçısı general Kənan Evren olub. O, bu il mayın 10-da 98 yaşında vəfat edib.

İngilis versiyası Turkish 18th PM dies

Son xəbərlər

Orphus sistemi