​Türkiyənin 11-ci prezidenti: "Növbədənkənar seçki keçirmək çox böyük xətadır"

​Türkiyənin 11-ci prezidenti: "Növbədənkənar seçki keçirmək çox böyük xətadır" "Ədalət və İnkişaf Partiyasının daxil olduğu hökumət qurulmalıdır"
Region
12 İyun , 2015 11:57
​Türkiyənin 11-ci prezidenti: Növbədənkənar seçki keçirmək çox böyük xətadır

Bakı. 12 iyun. REPORT.AZ/ Türkiyənin 11-ci prezidenti Abdullah Gül gecə saatlarında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir səlahiyyətlərini icra edən Əhməd Davudoğlu ilə seçki və koalisiya hökuməti mövzusunu telefonla müzakirə edib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

"Ədalət və İnkişaf Partiyasının daxil olduğu hökumət qurulmalıdır. Bütün şərtlər üçün uzlaşan şərait yaradılmalıdır. İyunun 7-dəki seçkidə millət koalisiya hökuməti mesajını verib. Qutudan çıxan nəticəni nəzərə almadan növbədənkənar seçkinin keçirilməsi haqda qərar qəbul etmək xətadır", - A.Gül bildirib.

Qeyd edək ki, Abdullah Gül prezidentlik müddəti başa çatdıqdan sonra siyasətdən uzaq durmağa üstünlük verir.

Son xəbərlər

Orphus sistemi