Türkiyəni ​Moskvada Qələbənin 70 illiyi münasibətilə keçiriləcək tədbirdə səfir təmsil edəcək

Türkiyəni ​Moskvada Qələbənin 70 illiyi münasibətilə keçiriləcək tədbirdə səfir təmsil edəcək Bir müddət öncə bu mərasimdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı istisna olunmurdu
Region
5 May , 2015 18:43
Türkiyəni ​Moskvada Qələbənin 70 illiyi münasibətilə keçiriləcək tədbirdə səfir təmsil edəcək

Bakı. 5 may. REPORT.AZ/ Mayın 9-da Moskvada Qələbənin 70 illiyi münasibətilə keçiriləcək tədbirdə Türkiyəni ölkənin Rusiyadakı səfiri Ümit Yardım təmsil edəcək.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda Türkiyənin Rusiyadakı səfirliyindən bildirilib.

"Moskvada Qələbə günü münasibətilə keçiriləcək təntənəli tədbirdə Türkiyəni Rusiyadakı səfir Ümit Yardım təmsil edəcək", - məlumatda vurğulanıb.

Xəbərə görə, bir müddət öncə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək həmin tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyini istisna etməmişdi. 

Son xəbərlər

Orphus sistemi