​Türkiyəli nazir terrorçu qadının Suriyaya keçməsi ilə bağlı açıqlama verib

​Türkiyəli nazir terrorçu qadının Suriyaya keçməsi ilə bağlı açıqlama verib "Təəssüf ki, dünyada terrora qarşı mübarizədə ardıcıllıq yoxdur"
Region
12 Yanvar , 2015 14:58
​Türkiyəli nazir terrorçu qadının Suriyaya keçməsi ilə bağlı açıqlama verib

Bakı. 12 yanvar. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransada supermarketə hücumda iştirak edən Amedi Kolibalinin xanımı Həyat Boumediennin Türkiyə ərazisindən Suriyaya keçdiyinin təsdiqləndiyini söyləyib.

"Report"un NTV telekanalına istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, qadın yanvarın 2-də İspaniyanın Madirid şəhərindən Türkiyəyə gələrək, İstanbulda mehmanxanada qalıb, yanvarın 8-də isə Suriyaya gedib.

"Təəssüf ki, dünyada terrora qarşı mübarizədə ardıcıllıq yoxdur", - M.Çavuşoğlu Avropada baş verən terror hadisəsi ilə bağlı məsələdən danışarkən əlavə edib.

Son xəbərlər

Orphus sistemi