​Türkiyəli jurnalisti öldürən taksi sürücüsü azadlığa buraxılıb

​Türkiyəli jurnalisti öldürən taksi sürücüsü azadlığa buraxılıb Jurnalist Türkiyənin Kütahya vilayətinin Simavi rayonunun Dəmirçiköy kəndində dəfn edilib
Region
1 Aprel , 2016 14:00
​Türkiyəli jurnalisti öldürən taksi sürücüsü azadlığa buraxılıb

Bakı. 1 aprel. REPORT.AZ/ Yerevanın Kentron və Nork-Maraş məhkəməsi Ermənistanda öldürülən türkiyəli jurnalist xanım Qaya Coşarın qatili, taksi-sürücüsü Aram Qriqoryanın məhkəmə zalından sərbəst buraxılması haqda qərar çıxarıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, Yerevanın adıçəkilən rayon məhkəməsi Aram Qriqoryanı idarə etdiyi avtomobillə türkiyəli jurnalist Qaya Coşarı vurub öldürüdüyü üçün 2 il azadlıqdan məhrum etmişdi. Ancaq bu gün keçirilən məhkəmədə bu müddət bir il şərti işlə əvəzlənib.

Xatırladaq ki, türkiyəli jurnalist Qaya Coşar 2014-cü ilin noyabrından Ermənistan-Türkiyə proqramlarından biri çərçivəsində Yerevanda işləməyə başlayıb. 2014-cü ilin dekabrında üstünə avtomobil sürülməsi nəticəsində öldürüldüyü haqda xəbər yayılıb. O, hadisədən sonra 12 gün xəstəxanada müalicə olunsa da, yanvarın 7-də ölüb. Ermənistanda öldürülən türkiyəli jurnalst Türkiyənin Kütahya vilayətinin Simavi rayonunun Dəmirçiköy kəndində dəfn edilib.

Son xəbərlər

Orphus sistemi