Türkiyəli alpinistlər Yunanıstanda itkin düşüb

Türkiyəli alpinistlər Yunanıstanda itkin düşüb Onların axtarışlarına başlanılıb
Region
24 Yanvar , 2015 18:03
Türkiyəli alpinistlər Yunanıstanda itkin düşüb

Bakı. 24 yanvar. REPORT.AZ/ Yunanıstanın şimalındakı Pieria dağlarında 12 türkiyəli alpinist itkin düşüb.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, onlar "112 - Avropa Təcili Çağırış Mərkəzi"nə zəng edərək itkin düşdüklərini deyib və kömək istəyiblər. Bundan sonra alpinistlərin axtarışına başlanılıb.

Dağlıq bölgənin yaxınlığında yerləşən Katerini şəhərinin yanğınsöndürmə xidməti çağırışın yaşayış yerinin təxminən 20 kilometr şimal-qərbindən və dağlıq bir təbəqədən gəldiyini açıqlayıb.

Türkiyəli alpinist qrupun hər hansı sağlıq probleminin olmadığını qeyd edən rəsmi şəxslər zənglərin davam etdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi