Türkiyədən Yunanıstana qaçan 8 qiyamçı hərbçinin adı məlum olub

Türkiyədən Yunanıstana qaçan 8 qiyamçı hərbçinin adı məlum olub Onlar Yunanıstan hökumətindən siyasi sığınacaq istəyiblər
Region
19 İyul , 2016 16:40
Türkiyədən Yunanıstana qaçan 8 qiyamçı hərbçinin adı məlum olub

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyədə hərbi çevriliş cəhdi baş tutmayandan sonra Yunanıstana qaçan 8 hərbçinin adları məlum olub. 

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bunlar minbaşı Gencay Büyük (1977), minbaşı Ahmet Güzel (1977), yüzbaşı Abdullah Yetik (1980), yüzbaşı Feridun Çoban (1980), yüzbaşı Süleyman Özkaynakçı (1982), yüzbaşı Uğur Uçan (1981), baş çavuş Bilal Kurugül (1976) və baş çavuş Mesut Fıratdır (1979).

Qeyd edək ki, bu hərbçilər iyulun 16-da səhər saatlarında "Sikorsky" modelli hərbi helikopterlə Yunanıstanın Dedeağaç hava limanına eniblər. Onların rütbələri sökülüb, ancaq hərbçilər Yunanıstan hökumətindən siyasi sığınacaq istəyiblər. Bundan sonra Ferecik həbsxanasında saxlanılan qiyamçılar Yunanıstana qanunsuz yolla daxil olmaqda təqsirləndirilərək Dedeağac məhkəməsinə veriliblər. Lakin vəkillərinin tələbi ilə məhkəmə iyulun 21-dək təxirə salınıb. 

Son xəbərlər

Orphus sistemi