​Türkiyədən Liviyaya silah aparan gəmi saxlanılıb

​Türkiyədən Liviyaya silah aparan gəmi saxlanılıb Hadisə Krit adası yaxınlığında baş verib
Region
2 Sentyabr , 2015 01:48
​Türkiyədən Liviyaya silah aparan gəmi saxlanılıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Yunanıstan sahilləri yaxınlığında iri silah partiyası daşıyan gəmi saxlanılıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Krit adası yaxınlığında baş verib.

Polisin məlumatına görə, gəmi Türkiyədən Liviya istiqamətində hərəkətdə olub. Gəmiyə baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları böyük həcmdə müxtəlif silah-sursat partiyası aşkar ediblər.

Həmçinin polislərin məlumatına görə, gəmi Boliviya bayrağı altında üzüb və onun göyərtəsində Misir və Suriya vətəndaşları olub.

Son xəbərlər

Orphus sistemi