​Türkiyədən Avropaya keçmək istəyən 226 qaçqın saxlanılıb

​Türkiyədən Avropaya keçmək istəyən 226 qaçqın saxlanılıb Onlar Suriya və Əfqanıstan vətəndaşlarıdır
Region
11 Mart , 2016 13:09
​Türkiyədən Avropaya keçmək istəyən 226 qaçqın saxlanılıb

Bakı. 11 mart. REPORT.AZ/ Egey dənizinin Türkiyə sahillərində xarici ölkələrdən olan 226 qaçqın Avropaya keçmək istəyərkən saxlanılıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumta görə, Türkiyənin sahil-mühafizə xidmətinin əməkdaşları iki rezin qayıqla Avropaya keçmək istəyən 103 qaçqını İzmirin Dikli rayonunun Bademli nahiyəsində saxlayıblar. Onların 47-si Əfqanıstan, 56-sı isə Suriya vətəndaşıdır.

Əməkdaşlar İzmirin Çeşmə rayonun Boğaz adasının qərbi ilə hərəkət edən iki rezin qayıqdakı 123 qaçqını saxlayıb. Onların 62-si Suriya, 61-i isə Əfqanıstan vətəndaşıdır. 

Son xəbərlər

Orphus sistemi