Türkiyədə zəncirvari yol qəzası baş verib: 3 ölü, 2 yaralı

Türkiyədə zəncirvari yol qəzası baş verib: 3 ölü, 2 yaralı Yaralılar Kocaeli Dövlət Xəstəxanasına yerləşdirilib
Region
29 Sentyabr , 2016 04:21
Türkiyədə zəncirvari yol qəzası baş verib: 3 ölü, 2 yaralı

Bakı. 29 sentyabr. REPORT.AZ/ Türkiyədə zəncirvari yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata görə, hadisə Kocaeli şəhərində qeydə alınıb. Belə ki, sürücü yüksək sürətlə idarə etdiyi avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Bundan sonra isə onun arxasınca gələn digər nəqliyyat vasitələri aşmış avtomobilə çırpılıb.

Qəza zamanı 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Hadisə yerinə polis və təcili yardım və xilasedicilər çağırılıb. Xilasedicilər deformasiyaya uğramış avtomobillərdən birinin içində sıxılıb qalmış sürücünü və sərnişini xilas ediblər.

Yaralılar Kocaeli Dövlət Xəstəxanasına yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi