Türkiyədə yüz minlərlə sayta girişə məhdudiyyət qoyan idarə ləğv edilir

Türkiyədə yüz minlərlə sayta girişə məhdudiyyət qoyan idarə ləğv edilir Ərdoğan: "FETÖ-nun bir xərçəng toxumu kimi yayılmasının qarşısını alacağıq"
Region
2 Avqust , 2016 17:14
Türkiyədə yüz minlərlə sayta girişə məhdudiyyət qoyan idarə ləğv edilir

Bakı. 2 avqust. REPORT.AZ/ Türkiyədə Telekommunikasiya və Rabitə İdarəsi (TİB) ləğv edilir. 

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

Onun sözlərinə görə, dövlət çevrilişi cəhdi Türkiyənin dövlət quruculuğunda təftiş imkanı yaradıb: "Biz TİB-i bağlayacaq və əməkdaşları ilə bağlı da lazımi tədbirləri görəcəyik. Çünki bütün pis işlərin görüldüyü yerlərdən biri də həmin qurumdur. Bununla bağlı İnformasiya Texnologiyaları və Rabitə Şurası zəruri addımları atacaq. Fətullahçı terror təşkilatının (FETÖ) xərçəng toxumu kimi yayılmasının qarşısını alacağıq".

Qeyd edək ki, İnformasiya Texnologiyaları və Rabitə Şurasının tərkibində olan Telekommunikasiya və Rabitə İdarəsi ölkə daxilində və xaricində fəaliyyət göstərən müxtəlif məzmunlu saytlara girişin inzibati qərarla qarşısının alınmasına sahibdir. Hazırda TİB Türkiyədə girişinə məhdudiyyət qoyulmuş 112 mindən çox saytın 94 faizi ilə bağlı qərarı verən qurumdur. Bu saytlara girişin sadəcə 2,6 faizi məhkəmə qərarı ilə məhdudlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi