Türkiyədə yeni seçilən millət vəkillərinin andiçmə günü açıqlanıb

Türkiyədə yeni seçilən millət vəkillərinin andiçmə günü açıqlanıb Böyük Millət Məclisi iyunun 23-də toplanır
Region
19 İyun , 2015 15:39
Türkiyədə yeni seçilən millət vəkillərinin andiçmə günü açıqlanıb

Bakı. 19 iyun. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisinin 25-ci çağırışının millət vəkilləri iyunun 23-də and içəcəklər.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərə görə, partiyalar üzrə andiçmə belə sıralanacaq: Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CXP), Milliyyətçi Hərəkat Partiyası (MHP), Xalqların Demokratik Partiyası (HDP).

Qeyd edək ki, 25-ci çağırış Türkiyə Böyük Millət Məclisində AKP 258, CXP 132, MHP 80, HDP 80 millət vəkili ilə təmsil olunacaq. Məclis 550 deputatdan formalaşır. 

Son xəbərlər

Orphus sistemi