Türkiyədə terror aktı nəticəsində 4 nəfər ölüb, 19 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Türkiyədə terror aktı nəticəsində 4 nəfər ölüb, 19 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB Onlardan 6-sı polis, 13-ü mülki vətəndaşdır
Region
10 Avqust , 2016 20:58
Türkiyədə terror aktı nəticəsində 4 nəfər ölüb, 19 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Bakı. 10 avqust. REPORT.AZ/ Türkiyənin Mardin vilayətində törədilmiş terror aktı nəticəsində 19 nəfər yaralanıb. 

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Efkan Ala bildirib. 

Onun sözlərinə görə, yaralananlardan 6-sı polis, 13-ü mülki vətəndaşdır. 

"Habertürk"ün məlumatına görə, hadisə nəticəsində 4 nəfər ölüb. 

*** 20:20

Türkiyənin Mardin şəhərində, Kızıltepe Rayon Dövlət Xəstəxanasının qarşısında terror aktı törədilib. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, zirehli polis avtomobilinin keçidi sırasında uzaqdan idarə olunan partlayıcı qurğu işə salınıb. 

Məlumata görə, partlayış nəticəsində avtomobildə olan xeyli sayda polis və ətrafdakı mülki vətəndaşlar yaralanıb. 

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım və yanğınsöndürən maşınlar göndərilib. Ərazidə silah səslərinin duyulduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi