Türkiyədə törədilən terror nəticəsində daha 3 əsgər şəhid olub, 10-u yaralanıb

Türkiyədə törədilən terror nəticəsində daha 3 əsgər şəhid olub, 10-u yaralanıb Yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib
Region
10 Avqust , 2016 12:03
Türkiyədə törədilən terror nəticəsində daha 3 əsgər şəhid olub, 10-u yaralanıb

Bakı. 10 avqust. REPORT.AZ/ Türkiyənin Şırnak əyalətinin Beytüşşebab rayonunda əsgərlərin olduğu avtomobilin partladılması nəticəsində 3 əsgər şəhid olub, 10-u yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

İnformasiyaya görə, terror Beytüşşebab rayonunda əsgərlərin olduğu maşın gömrük məntəqəsinə gedərkən törədilib. Hadisə terrorçuların avtomobilin keçdiyi yola düzdüyü minanın partladılması nəticəsində baş verib.

Yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, Beytüşşebab Türkiyənin Şərqi Anadolu bölgəsində, İraq və Suriya sərhədlərinin 20 km-liyində yerləşir.

Xatırladaq ki, bu gün səhər saatlarında adı çəkilən əyalətin Uludərə rayonunda törədilən terror nəticəsində 5 əsgər şəhid olub, 8-i yaralanıb. 

Son xəbərlər

Orphus sistemi