​Türkiyədə törədilən partlayışda 4 əsgər şəhid olub, 9 hərbçi yaralanıb

​Türkiyədə törədilən partlayışda 4 əsgər şəhid olub, 9 hərbçi yaralanıb Hadisə Hakkari əyalətinin Şəmdinli rayonunda baş verib
Region
18 May , 2016 17:18
​Türkiyədə törədilən partlayışda 4 əsgər şəhid olub, 9 hərbçi yaralanıb

Bakı. 18 may. REPORT.AZ/ Türkiyədə hərbçiləri daşıyan avtomobillərin keçidi zamanı terrorçular tərəfindən törədilən partlayış nəticəsində 4 əsgər şəhid olub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Hakkari əyalətinin Şəmdinli rayonunda baş verib. 

Terror aktı İraqla sərhəddə yerləşən Aktütün və Beyyurdu kəndləri arasında törədilib. 

Məlumata görə, partlayış nəticəsində 4-ü ağır olmaqla, 9 hərbçi yaralanıb. 

Son xəbərlər

Orphus sistemi