Türkiyədə terrorçuları dəstəkləyən 11 min 500 müəllim işdən azad edilib

Türkiyədə terrorçuları dəstəkləyən 11 min 500 müəllim işdən azad edilib Onların separatçı terror qruplaşmasına və onun qollarına dəstəkverici fəaliyyətlə məşğul olduğu təsdqilənib
Region
8 Sentyabr , 2016 16:47
Türkiyədə terrorçuları dəstəkləyən 11 min 500 müəllim işdən azad edilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Terrorçu PKK qruplaşmasını dəstəkləyən 11 min 500 müəllim işdən azad edilib.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhsil Nazirliyi bildirib.

İnfromasiyaya görə, onların separatçı terror qruplaşmasına və onun qollarına dəstəkverici fəaliyyətlə məşğul olduğu təsdqilənib.

Qeyd edək ki, sentyabrın 8-də Türkiyənin baş naziri Binəli Yıldırım Diyabakıra səfəri zamanı etdiyi çıxışda terrorçuları dəstəklədiyi üçün işdən azad olunacaq müəllimlərin sayının 14 minə çatacağını gözlədiklərini bildirib. 

Son xəbərlər

Orphus sistemi