​Türkiyədə terrorçular yük avtomobillərini yandırıblar

​Türkiyədə terrorçular yük avtomobillərini yandırıblar PKK-çıların tutulması istiqaməitndə əməliyyat başlanılıb
Region
11 İyul , 2015 18:34
​Türkiyədə terrorçular yük avtomobillərini yandırıblar

Bakı. 11 iyul. REPORT.AZ/ PKK (Kürd Fəhlə Partiyası) terrorçuları Tükiyənin Doğubəyazit rayonunda Doğubəyazit-İğdır və Doğubəyazit-İran avtomobil yollarında 3 yük avtomobilini saxlatdıraraq yandırıblar.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, terrorçular avtomobillərə sürücüləri maşınlardan endirdikdən sonra od vurublar.

Hadisə yerinə cəlb edilən təhlükəsizlik qüvvələri ilə terrorçular arasında isə atışma olub. PKK-çıların tutulması istiqamətində əməliyyat başlanılıb.

Baş verən hadisəyə görə, yolda tıxac yaranıb.

Son xəbərlər

Orphus sistemi