Türkiyədə terrorçular polisə hücum edib

Türkiyədə terrorçular polisə hücum edib Terrorçuların yaxalanması üçün əməliyyat başlayıb
Region
15 Oktyabr , 2016 00:33
Türkiyədə terrorçular polisə hücum edib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Türkiyənin Hakkari vilayətində terrorçular polisə hücum edib.

"Report" "Hürriyyet"ə istinadən xəbər verir ki, hadisə Yüksəkoba rayonunun Güngör məhəlləsində qeydə alınıb.

Belə ki, terrorçular tərəfindən yola qoyulan bomba polis maşını ərazidən keçərkən partladılıb. Bununla yanaşı, polisə hücum edilib. 

Hücum zamanı asayiş keşikçiləri arasında ölən və ya yaralanan olmayıb.

Terrorçuların yaxalanması üçün əməliyyat başlayıb.

Son xəbərlər

Orphus sistemi