Türkiyədə terrorçular hakim partiyanın nümayəndəsini qaçırıblar

Türkiyədə terrorçular hakim partiyanın nümayəndəsini qaçırıblar "Biz sənə dəfələrlə xəbərdarlıq etdik. Lakin sən yenə də hakim partiyanın nümayəndəliyindən imtina etmədin. Bizimlə gələcəksən"
Region
30 Avqust , 2015 02:48
Türkiyədə terrorçular hakim partiyanın nümayəndəsini qaçırıblar

Bakı. 30 avqust. REPORT.AZ/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Malazgirt rayonu üzrə sədri Süleyman Canpolat PKK terrorçuları tərəfindən qaçırılıb.

"Report"un "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, Tunceli vilayətinin Malazgirt rayonunda hakim partiyanın aktiv təbliğatı ilə məşğul olan S.Canpolatın yolunu kəsən terrorçular: "Biz sənə dəfələrlə xəbərdarlıq etdik. Lakin sən yenə də hakim partiyanın nümayəndəliyindən imtina etmədin. Bizimlə gələcəksən" dedilər.

Canpolatın xaricindəki şəxsləri azad edən PKK terrorçuları Ədalət və İnkişaf Partiyasının nümayəndəsini bilinməyən istiqamətdə aparıblar.

Son xəbərlər

Orphus sistemi