PKK terrorçuları 5 ulduzlu hotelə hücum ediblər

PKK terrorçuları 5 ulduzlu hotelə hücum ediblər Sur rayonunda yerləşən 5 ulduzlu hotel qumbaraatanlardan atəşə tutulub
Region
27 Yanvar , 2016 02:32
PKK terrorçuları 5 ulduzlu hotelə hücum ediblər

Bakı. 27 yanvar. REPORT.AZ/ Terrorçu Kürd Fəhlə Partiyasının (PKK) üzvləri Türkiyənin Diyarbakır vilayətinin Sur rayonunda yerləşən 5 ulduzlu hoteli qumbaraatanlardan atəşə tutublar.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis əməkdaşlarından ibarət snayper qrupunun adı açıqlanmayan hotel binasının damında yerləşdiyini anlayan terrorçular, silahlı hücum planı hazırlayıblar.

56 gündür davam edən hərbi əməliyyat zonasında yerləşən hotelin fəaliyyətinin dayandırılması mülki şəxslər arasında tələfatın qarşısını alıb. Bununla belə, hücum nəticəsində binada yanğın başlayıb. Bölgədə atışmalar davam edir.

Son xəbərlər

Orphus sistemi