​Türkiyədə terrorçu PKK-ya məxsus 5 milyon qutu siqaret müsadirə edilib

​Türkiyədə terrorçu PKK-ya məxsus 5 milyon qutu siqaret müsadirə edilib Əməliyyat nəticəsində 4 nəfər saxlanıb, polisin "təslim ol" əmrinə tabe olmayan terrorçu zərərsizləşdirilib
Region
23 May , 2016 19:22
​Türkiyədə terrorçu PKK-ya məxsus 5 milyon qutu siqaret müsadirə edilib

Bakı. 23 may. REPORT.AZ/ Türkiyənin Yüksəkova bölgəsinin Onbaşılar, Armutlu və Şəmdinli rayonunun Bozyamac kəndlərində keçirilən əməliyyat nəticəsində terrorçu PKK qruplaşmasına aid qaçaq yolla ölkəyə keçirilən 5 milyon siqaret qutusu müsadirə edilib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində 4 nəfər saxlanıb, polisin "təslim ol" əmrinə tabe olmayan terrorçu zərərsizləşdirilib.

İnformasiyada bildirilib ki, PKK İran və İraq ərazilərində özünün qanunsuz "gömrük məntəqələrini" yaradıb. Terrorçular qaçaq yolla həmin ərazilərdən çay və siqaret keçirir, yaxud qaçaqmalçılardan "vergi" toplayırlar.

Xəbərə əsasən, həmin "gömrük məntəqələri"ndən toplanan pullar isə terrorçu PKK-nın maliyyələşdirilməsinə sərf edilir. 

Son xəbərlər

Orphus sistemi