​Türkiyədə terror hadisəsi törətməyə çalışan 35 İŞİD üzvü saxlanılıb

​Türkiyədə terror hadisəsi törətməyə çalışan 35 İŞİD üzvü saxlanılıb Onların arasında 1 canlı "bomba" da var
Region
7 Avqust , 2016 11:22
​Türkiyədə terror hadisəsi törətməyə çalışan 35 İŞİD üzvü saxlanılıb

Bakı. 7 avqust. REPORT.AZ/ Türkiyənin Adana Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi İŞİD-ə qarşı xüsusi əməliyyat keçirib.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, 500 polis əməkdaşının iştirak etdiyi xüsusi əməliyyat zamanı terror əməliyyatına hazırlıq görən, aralarında canlı "bomba"nın da olduğu 35 nəfər saxlanılıb.

Zirehli maşınlarla əvvəlcədən planlaşdırılmış ünvanlara gedən polis ayrı-ayrı mənzillərdə terrorçulara məxsus çoxlu sayda sənədi müsadirə edib.

Zərərsizləşdirilənlər arasında polisin 2 gün əvvəl keçirdiyi əməliyyatda saxlanılıb məhkəmə tərəfindən sərbəst buraxılmış 20 nəfərin olması üzə çıxıb.

İŞİD üzvləri Adana Polis İdarəsinə aparılıb.  

Son xəbərlər

Orphus sistemi