Türkiyədə terror aktı nəticəsində bir hərbçi ölüb, biri yaralanıb

Türkiyədə terror aktı nəticəsində bir hərbçi ölüb, biri yaralanıb PKK terrorçuları su anbarının tikintisinin təhlükəsizliyini təmin edən hərbçilərə minaatanlardan hücum edib
Region
26 İyul , 2016 12:18
Türkiyədə terror aktı nəticəsində bir hərbçi ölüb, biri yaralanıb

Bakı. 26 iyul. REPORT.AZ/ Türkiyənin Diyarbəkir vilayətində terror aktı törədilib. 

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, PKK terrorçuları Silvan rayonundakı su anbarının tikintisinin təhlükəsizliyini təmin edən hərbçilərə minaatanlardan hücum edib. 

Mərminin hərbçilərin qaldığı baraka düşməsi nəticəsində bir hərbçi ölüb, biri yaralanıb.

Türkiyə təhlükəsizlik qüvvələri terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyata başlayıb.

Son xəbərlər

Orphus sistemi