Türkiyədə Telekommunikasiya və Rabitə İdarəsi bağlanıb

Türkiyədə Telekommunikasiya və Rabitə İdarəsi bağlanıb Qurumun bütün səlahiyyətləri İnformasiya Texnologiyaları və Rabitə Şurasına verilib
Region
15 Avqust , 2016 19:45
Türkiyədə Telekommunikasiya və Rabitə İdarəsi bağlanıb

Bakı. 15 avqust. REPORT.AZ/ Türkiyədə Telekommunikasiya və Rabitə İdarəsi (TİB) bağlanıb. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin sözçüsü Numan Kurtulmuş jurnalistlərə bildirib.

Hökumət sözçüsünün sözlərinə görə, qurumun bütün səlahiyyətləri İnformasiya Texnologiyaları və Rabitə Şurasına (BTK) verilib. 

Qeyd edək ki, İnformasiya Texnologiyaları və Rabitə Şurasının tərkibində olan Telekommunikasiya və Rabitə İdarəsi ölkə daxilində və xaricində fəaliyyət göstərən müxtəlif məzmunlu saytlara girişin inzibati qərarla qarşısının alınmasına sahibdir. Hazırda TİB Türkiyədə girişinə məhdudiyyət qoyulmuş 112 mindən çox saytın 94 faizi ilə bağlı qərarı verən qurumdur. Bu saytlara girişin sadəcə 2,6 faizi məhkəmə qərarı ilə məhdudlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi