​Türkiyədə tanınmış kürdün nəvəsi terrorçulara yardım etdiyi üçün tutulub

​Türkiyədə tanınmış kürdün nəvəsi terrorçulara yardım etdiyi üçün tutulub Onlara qarşı "terror qruplaşmasına üzv olmaq, terrorçulara yardım və himayə etmək" maddəsi ilə ittiham irəli sürülüb
Region
24 Fevral , 2016 15:37
​Türkiyədə tanınmış kürdün nəvəsi terrorçulara yardım etdiyi üçün tutulub

Bakı. 24 fevral. REPORT.AZ/ Türkiyə əleyhinə işlədiyi üçün siyasi fəaliyyəti qadağan edilən, kürd etnik qrupuna mənsub, Mardin əyaləti bələdiyyəsinin sədri Əhməd Türkün nəvəsi Heja Türk terrorçuluqda şübhəli bilinərək saxlanılıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, o, Sinəm Oğuz adlı terrorçu qadınla birlikdə Türkiyənin Diyarbəkir şəhərində də Ankaradakı hücumla eyni vaxtda terror hadisəsi törətmək istəyirmiş. Ancaq Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşları bu faciənin baş verməsinin qarşısını alıb.

Heja Türklə birlikdə daha 5 nəfərə qarşı "terror qruplaşmasına üzv olmaq, terrorçulara yardım və himayə etmək" maddəsi ilə ittiham irəli sürülüb. Şübhəlilərin hamısı həbs edilib. 

Son xəbərlər

Orphus sistemi