​Türkiyədə sel nəticəsində 8 nəfər həyatını itirib

​Türkiyədə sel nəticəsində 8 nəfər həyatını itirib Təbii fəlakət zamanı 17 nəfər yaralanıb, ikisi itkin düşüb
Region
24 Avqust , 2015 23:00
​Türkiyədə sel nəticəsində 8 nəfər həyatını itirib

Bakı. 24 Avqust. REPORT.AZ/ Bu gün Türkiyənin şimal-şərq əyalətləri Rizə və Artvində sel basması nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb.

"Report" xəbər verir ki, Türkiyənin Fövqəladə Hallar İdarəsi təbii fəlakətdən zərər çəkmiş bölgələrə axtarış-xilasetmə dəstələri göndərib.

Hazırda iki nəfər itkin düşmüş hesab olunur.

Rizə və Artvinin bəzi qəzalarında yaşayış binaları dağılıb və ya zərər çəkib, avtomobil yollarının asfalt üzlüyü yuyulub, elektrik təchizatı və telefon rabitəsi kəsilib. Rizədə yerli su elektrik stansiyası sıradan çıxıb.

Son xəbərlər

Orphus sistemi