​Türkiyədə polisləri qətlə yetirən terrorçu qrup zərərsizləşdirilib

​Türkiyədə polisləri qətlə yetirən terrorçu qrup zərərsizləşdirilib Toklu kəndində aparılan əməliyyat nəticəsində iki terrorçu təslim olub
Region
14 Sentyabr , 2015 17:22
​Türkiyədə polisləri qətlə yetirən terrorçu qrup zərərsizləşdirilib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Türkiyənin Şirnak əyalətində 2 polisi qətlə yetirən 5 terrorçu məhv edilib.

"Report" Türkiyə KİV-inə isinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Xəbərə görə, Hakkarinin Şemdinli əyalətinin Toklu kəndində terrorçulara qarşı aparılan əməliyyat nəticəsində iki terrorçu könüllü şəkildə təslim olub, biri isə təhlükəsizlik qüvvələri əməkdaşları tərəfindən tutulub. 

Qeyd edək ki, sentyabrın 13-də terrorçuların polis məmurlarına hücumu nəticəsində 2 asayış keşikçisi şəhid olmuş, 5 isə yaralanmışdı. Bu gün həmin ərazidə keçirilən antiterror əməliyyatı nəticəsində 5 terrorçu məhv edilib.

Son xəbərlər

Orphus sistemi