Türkiyədə səfirliklərə hücum planlaşdırmaqda şühbəli bilinən 4 nəfər saxlanılıb

Türkiyədə səfirliklərə hücum planlaşdırmaqda şühbəli bilinən 4 nəfər saxlanılıb Onlar səfirliklərin arayışı əsasında tutulublar
Region
16 Sentyabr , 2016 12:22
Türkiyədə səfirliklərə hücum planlaşdırmaqda şühbəli bilinən 4 nəfər saxlanılıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Türkiyədə terrorçu qruplaşmalarla əlaqədə şübhəli bilinən 4 nəfər həbs edilib.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, onlardan biri Ankarada, 3-ü isə İstanbulda tutulublar.

Məlumata görə, onlar Britaniya və Almaniyanın Türkiyədəki səfirliklərinin binasına hücum etməyi planlaşdırıbmış.

Xəbərdə bildirilib ki, şübhəlilər adları çəkilən ölkələrin səfirliklərinin arayışı əsasında saxlanılıblar.

Qeyd edək ki, bu ölkələr sentyabrın 13-dən 17-dək səfirliklərini bağladıqlarını bildiriblər. Britaniyanın Türkiyədəki səfir Riçard Mur "Twitter" səhifəsində məsələ ilə bağlı bunları yazıb: "Türkiyənin səlahiyyətli şəxsləri terror təhlükəsinə qarşı bütün tədbirləri görürlər. Onlara çox etibar edirik. Ancaq belə bir vəziyyətdə səfirliyi bağlamaq daha məqsədəuyğundur".

Son xəbərlər

Orphus sistemi