Türkiyədə Sarıkamış şəhidləri yad edilib

Türkiyədə Sarıkamış şəhidləri yad edilib 40 dərəcə şaxtada donaraq şəhid olan 90 min əsgər yad edilib
Region
4 Yanvar , 2015 10:36
Türkiyədə Sarıkamış şəhidləri yad edilib

Bakı. 4 yanvar. REPORT.AZ/ Türkiyədə Sarıkamış şəhidlərinin xatirәsinә anım mәrasimi keçirilib.

"Report"-un TRT-yə istinadən xəbər verir ki, Sarıkamış әmәliyyatının üzərindən bir əsr keçsә dә şəhidlər unudulmadı.

Türkiyənin müxtәlif bölgәlәrindәn hәr kәs ötәn gün Sarıkamışa axışdı. "Türkiyə şəhidlərini yad edir " adı ilә tәşkil edilәn tәdbirdә anım mәrasimi, gənclər və idman naziri Çağatay Qılıncın çıxışı ilə başlayıb.

Daha sonra bədii və mədəni tәdbirlәr keçirilib. Teatr nümayişindә, Enver Paşanın komandanlığında 40 dərəcə şaxtada donaraq şəhid olan 90 min əsgərin yaşadıqları canlandırılıb. Şəhidlər üçün dua edilib.

Bayraktәpә xizәk mәrkәzindә isә xizək nümayişi təşkil edildi.

Tədbirlər, minlərlə adamın iştirakıyla Kızılçubuk istiqamәtindәn şəhidliyi edilən yürüşlә sona çatacaq.

Son xəbərlər

Orphus sistemi