​Türkiyədə qurban kəsmək istəyən kişi arı sancmasından ölüb

​Türkiyədə qurban kəsmək istəyən kişi arı sancmasından ölüb İrfan Çelik Milliyetçi Hərəkat Partiyasından Kozaklı Bələdiyyəsinin məclis üzvü olub
Region
25 Sentyabr , 2015 17:45
​Türkiyədə qurban kəsmək istəyən kişi arı sancmasından ölüb

Bakı. 25 sentyabr. REPORT.AZ/ Türkiyədə Qurban kəsərkən əlindən arı sancan kişi ölüb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyənin Nevşehir vilayətinin Kozaklı rayonunda 55 yaşlı İrfan Çeliki qurban kəsərkən arı sancıb. Arı sancmasından sonra vəziyyəti pisləşən İ.Çelikin yaxınları təcili tibbi yardım xidmətinə xəbər verib və onu dövlət xəstəxanasına aparıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, İ.Çelik dünyasını dəyişib.

Qeyd edək ki, qurban kəsərkən arı sancan İ.Çelik Milliyyətçi Hərəkat Partiyasından (MHP) Kozaklı Bələdiyyəsinin məclis üzvü olub.

Son xəbərlər

Orphus sistemi