​Türkiyədə qızıl yatağı aşkarlanıb

​Türkiyədə qızıl yatağı aşkarlanıb Nazir hazırda ölkənin 700 tona yaxın qızıl ehtiyatının olduğunu bildirib
Region
11 Noyabr , 2015 14:53
​Türkiyədə qızıl yatağı aşkarlanıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Türkiyənin Soma rayonunun Kiraz kəndinə 100 tondan artıq qızıl ehtiyatı aşkar edilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin enerji və təbii ehtiyatlar naziri Əli Rza Alaboyun açıqlayıb.

Onun sözlərinə görə, qızılla yanaşı, həmin yataqda mis, qurğuşun və sink də var.

Nazir Türkiyənin hazırda 700 tona yaxın qızıl ehtiyatının olduğunu bildirib. O deyib ki, aşkarlanan qızıl ölkə iqtisadiyyatına 2,5 milyard dollar məbləğində xeyir gətirəcək. 

Son xəbərlər

Orphus sistemi