​Türkiyədə Qafqaz Ordusunun Azərbaycandakı fəaliyyəti haqda toplantı keçirilib

​Türkiyədə Qafqaz Ordusunun Azərbaycandakı fəaliyyəti haqda toplantı keçirilib Nadir Günata: "Hərbi zəfərlər siyasi uğurlarla nəticələndikdə milli hədəflərə çata bilərik"
Region
17 Yanvar , 2015 10:19
​Türkiyədə Qafqaz Ordusunun Azərbaycandakı fəaliyyəti haqda toplantı keçirilib

Bakı. 17 yanvar. REPORT.AZ/ Türkiyədəki Türk Ocaqları Malataya şöbəsi 1918-ci ildəki Qafqaz Ordusunun Azərbaycan və Dağıstan hərəkatı haqda toplantı keçirilib.

"Report"un xəbərinə görə, bu barədə "malatyaguncel" məlumat yayıb.

Təşkilatın sədri Nadir Günata bu hərəkatın hərbi, siyasi fəaliyyəti barədə yığıncaq iştirakçılarına məlumat verib.

"Azərbaycan və Dağıstanın respublikalarının gerçək müstəqilliklərini qazanmalarına bu hərəkat yardım edib. Bu gün Azərbaycanla Türkiyə arasında mövcud əlaqələrin təməli o vaxtdan qoyulub" - o, vurğulayıb.

Onun sözlərinə görə, hərbi zəfərlər siyasi uğurlarla nəticələndikdə milli hədəflərə çatmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi