Bakı. 7 may. REPORT.AZ/ Türkiyənin Konya vilayətinin polisi terror fəaliyyətində iştirak etməkdə şübhəli bilinən beş nəfəri saxlayıb.
"Report" "Doğan" agentliyinə istinadən xəbər verir ki, onlar arasında "canlı bomba" olmağa hazırlaşdığı güman edilən qadın da var.
Saxlanılan qadın Necla E. PKK terror təşkilatının gənclər qanadının üzvüdür. İstintaqın məlumatına görə, o, Suriyanın Ayn əl-Arab (Kobani) şəhərində xüsusi təlim keçib və iki gün əvvəl Konyaya gəlib.
Saxlanılanlar polislərə hücum etməyi planlaşdırırmış.