Vanda terror nəticəsində 3 nəfər ölüb, 73 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-4

Vanda terror nəticəsində 3 nəfər ölüb, 73 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-4 Hadisəni törətmək şübhəli bilinən bir nəfər həbs edilib
Region
18 Avqust , 2016 10:06
Vanda terror nəticəsində 3 nəfər ölüb, 73 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-4

Bakı. 18 avqust. REPORT.AZ/ Türkiyənin Van şəhərində terrorçu PKK tərəfindən törədilən partlatış nəticəsində 3 nəfər şəhid olub, yaralıların sayı 73 nəfərə çatıb.

"Report" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, hadisə şəhər mərkəzində polis evi ilə polis mərkəzinin olduğu bölgədə baş verib.

Terrorçular partlayıcı maddə yüklənmiş avtomobili həmin ərazidə partladıb. Terror aktı nəticəsində bir polis əməkdaşı, iki dinc sakin həyatını itirib, 20-si polis olmaqla 73 nəfər yaralanıb. 

Vanda terroru törətmək şübhəli bilinən bir nəfər həbs edilib.

*** 06:51

Bakı. 18 avqust. REPORT.AZ/ Türkiyədə terror aktı zamanı yaralananların sayı 71 nəfərə çatıb. 

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, yaralananlardan 17-i polis əməkdaşıdır. 

Xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır.

Partlayış zamanı ölənlərdən 1-i uşaqdır. 


*** 02:03

PKK terrorçularının Türkiyənin Van vilayətinin İpək yolu rayonunda polis mərkəzinə hücumu zamanı 3 nəfər dünyasını dəyişib. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, partlayış zamanı 2-si polis olmaqla 40 nəfər yaralanıb.

Yaralılar hadisə yerinə göndərilmiş təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.

Qeyd edək ki, terrorçular yerli vaxtla saat 23:00 radələrində içində partladıcı maddələrin olduğu avtomobillə polis mərkəzinə  hücum edib.

"Anadolu" agentliyinin verdiyi son məlumata görə, çoxlu sayda polisin və zirehli texnikanın cəlb edildiyi əməliyyat zamanı terror aktını törətmiş şəxs yaralı vəziyyətdə yaxalanıb. Adı  açıqlanmayan terrorçu Van Vilayətinin Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsinə gətirilib.    


*** 01:23

Türkiyənin Van vilayətinin İpək yolu rayonunda baş vermiş terror aktı zamanı azı 20 nəfər yaralanıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, xəsarət alanlar arasında mülki vətəndaşlar da var.

Hadisəni törətmiş terrorçuların zərərsizləşdirilməsi məqsədilə geniş miqyaslı əməliyyata başlanılıb 



***00:50

Türkiyənin Van vilayətində polisə hücum olub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə İpək yolu rayonunda, yerli vaxtla saat 23:00-da qeydə alınıb. 

Məlumata görə, terrorçular polis mərkəzinə içində partlayıcı maddələrin olduğu avtomobillə hücum edib. 

İlkin məlumata görə, partlayış zamanı bir neçə nəfər yaralanıb. 

Hadisə yerinə təcili yardım maşınları göndərilib.

Ölən və ya yaralananlar barədə məlumat verilmir.  

Son xəbərlər

Orphus sistemi