Bakı. 27 avqust. REPORT.AZ/ Türkiyənin Diyarbəkir vilayətində PKK terrorçuları yolun təhlükəsizliyini təmin edən əsgərlərə avtomatik silahlardan atəş açıblar. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Lice rayonunda Bingöl magistralının üzərində yerləşən Ziyarət kəndi yaxınlığında baş verib. Nəticədə 1 əsgər şəhid olub, 2 əsgər yaralanıb. Qarşıdurmanın ardından qaçan terrorçuları zərərsizləşdirmək üçün havadan dəstək verilməklə əməliyyat başlayıb. Yaralanan əsgərlər isə helikopterlə Diyarbəkirə gətirilərək xəstəxanalara yerləşdirilib.
Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 1 əsgər şəhid olub, 2 əsgər yaralanıb
Region
27 Avqust , 2015
21:14
https://static.report.az/photo/ace86ba7-0bf5-4b60-abf4-36ccdeaddf0f.jpg