​Türkiyədə PKK terrorçularının hərbi avtomobilin keçdiyi yolda qoyduğu bomba partlayıb, 3 əsgər şəhid olub - YENİLƏNİB

​Türkiyədə PKK terrorçularının hərbi avtomobilin keçdiyi yolda qoyduğu bomba partlayıb, 3 əsgər şəhid olub - YENİLƏNİB Hadisə yerinə çoxlu sayda təcili yardım maşını göndərilib
Region
28 İyul , 2016 01:17
​Türkiyədə PKK terrorçularının hərbi avtomobilin keçdiyi yolda qoyduğu bomba partlayıb, 3 əsgər şəhid olub - YENİLƏNİB

Bakı. 27 iyul. REPORT.AZ/ PKK terrorçularının Türkiyədə Siirt-Eruh magistral yoluna yerləşdirdikləri partlayıcı maddənin işə düşməsi nəticəsində 3 türk əsgəri şəhid olub. "Report" "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə Siirt Valiliyi açıqlama yayıb. 

Məlumata görə, hadisə yerinə jandarm qüvvələri cəlb edilib. Hazırda terrorçuların zərərsizləşdirilməsi istiqamətində irimiqyaslı əməliyyat həyata keçirilir.


**22:24

Türkiyədə hərbçilərə məxsus avtomobilin keçdiyi ərazidə partlayış baş verib. 

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Siirt-Eruh yolunda baş verib.

PKK terrorçularının hərbçilərə məxsus avtomobilin keçdiyi yolda qoyduğu bomba partlayıb. Partlayış zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. 

Hadisə yerinə çoxlu sayda təcili yardım maşını göndərilib. 

Son xəbərlər

Orphus sistemi