Türkiyədə PKK terrorçuları hərbi maşını partladıb, 3 hərbçi şəhid olub, 6 əsgər yaralanıb

Türkiyədə PKK terrorçuları hərbi maşını partladıb, 3 hərbçi şəhid olub, 6 əsgər yaralanıb Terrorçular hərbi nəqliyyat vasitəsinin keçidi zamanı yola əvvəlcədən döşədikləri uzaqdan idarə edilən bombanı partladıblar
Region
15 Avqust , 2015 18:40
Türkiyədə PKK terrorçuları hərbi maşını partladıb, 3 hərbçi şəhid olub, 6 əsgər yaralanıb

Bakı. 15 avqust. REPORT.AZ/ PKK terrorçuları Türkiyənin Bingöl vilayətində hərbi maşını partladıb. "Report"un "Hürriyyət"ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 hərbçi şəhid olub, 6 əsgər yaralanıb.

Belə ki, terrorçular Bingölün Karlıova rayonunun təxminən 30 kilometrliyindəki Hacılar səmtində zirehli hərbi nəqliyyat vasitəsinin keçidi zamanı yola əvvəlcədən döşədikləri uzaqdan idarə edilən bombanı partladıblar.

Məlumatda həmçinin hazırda ərazidə Türkiyə hərbçiləri ilə PKK terrorçuları arasında silahlı qarşıdurmanın baş verdiyi, yaralıları xəstəxanalara qaldırmaq üçün bölgəyə Karlıovadan təcili tibbi yardım maşınları göndərildiyi qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi