Türkiyədə PKK terrorçuları 3 polisi qətlə yetirib

Türkiyədə PKK terrorçuları 3 polisi qətlə yetirib Silahlı hücum zamanı atışma təxminən 4 saat davam edib
Region
7 Avqust , 2015 14:56
Türkiyədə PKK terrorçuları 3 polisi qətlə yetirib

Bakı. 7 avqust. REPORT.AZ/ Türkiyənin Silopi rayonunda 3 polis əməkdaşı öldürülüb. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə PKK tərəfdarlarının ara küçələrə girişini qadağan etmək üçün küçələrdə qazılan xəndəkləri bağlamaq istəyən zaman baş verib.

Bu zaman polis işçilərinə qarşı təşkil olunan silahlı hücumda 3 nəfər qətlə yetirilib, 1 polis ağır yaralanıb.

Silahlı hücum zamanı qarşılıqlı atışma təxminən 4 saat davam edib.

Yaralanan polis məmuru və ölən 3 nəfərin cənazəsinin aparıldığı Dövlət Xəstəxanası qarşısında ciddi təhlükəsizlik tədbirləri görülüb. 

Son xəbərlər

Orphus sistemi