Türkiyədə PKK-nın hücumu nəticəsində 9 nəfər şəhid olub

Türkiyədə PKK-nın hücumu nəticəsində 9 nəfər şəhid olub Bölgədə antiterror əməliyyatı aparılır
Region
16 Sentyabr , 2016 09:34
Türkiyədə PKK-nın hücumu nəticəsində 9 nəfər şəhid olub

Bakı. 16 sentyabr. REPORT.AZ/ Türkiyənin Ağrı əyalətinin Gökçəbulak kəndində terrorçu PKK qruplaşmasının hücumu nəticəsində 9 nəfər şəhid olub, 5 nəfər yaralanıb.

"Report" Haberler-ə istinadən xəbər verir ki, bu açıqlamanı Ağrı valiliyi yayıb.

Şəhid olanlardan 7-si kənd qoruyucuları, biri çavuş, biri əsgərdir. 3 hərbçi və 2 mülki vətəndaş yaralanıb.

Terrorçuların müəyyən edilən atəş nöqtələrinə top atılıb. Bölgədə antiterror əməliyyatı aparılır.

Qeyd edək ki, Gökçəbulak kəndi Doğubayazit və Van əyalətinin Çaldıran rayonları arasında yerləşən Tendürek dağının ətəyində yerləşir.

Son xəbərlər

Orphus sistemi