​Türkiyədə PKK əleyhinə əməliyyat zamanı 13 nəfər saxlanılıb

​Türkiyədə PKK əleyhinə əməliyyat zamanı 13 nəfər saxlanılıb Əvvəlcədən müəyyənləşdirilmiş ünvanlara gedən əməliyyatçılar şübhəli şəxslərin mənzillərində axtarışlar aparıblar
Region
10 Avqust , 2016 08:53
​Türkiyədə PKK əleyhinə əməliyyat zamanı 13 nəfər saxlanılıb

Bakı. 10 avqust. REPORT.AZ/ Türkiyənin Adana şəhərində PKK terror təşkilatına qarşı xüsusi əməliyyat keçirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Adana Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsi tərəfindən keçirilən əməliyyat zamanı terror təşkilatı ilə bağlılıqda şübhəli bilinən 13 nəfər saxlanılıb.

Zirehli avtomobillərlə əvvəlcədən müəyyənləşdirilmiş ünvanlara gedən əməliyyatçılar şübhəli şəxslərin mənzillərində axtarışlar aparıblar.

Saxlanılanlar Terrorla Mücadilə Şöbəsinə gətirilib.

Son xəbərlər

Orphus sistemi