Türkiyədə PKK əleyhinə mitinqlər keçirilib

Türkiyədə PKK əleyhinə mitinqlər keçirilib Son 48 gün ərzində PKK tərəfindən 57 nəfər hərbçi, 15 mülki şəxs qətlə yetirilib, 204 nəfər yaralanıb
Region
24 Avqust , 2015 00:13
Türkiyədə PKK əleyhinə mitinqlər keçirilib

Bakı. 24 avqust. REPORT.AZ/ İstanbul, Samsun, Kırıkkale, Bursa və Mersin də daxil olmaqla Türkiyənin bir sıra böyük şəhərlərində terrorçu Kürd Fəhlə Partiyasının (PKK) fəaliyyətinə qarşı etiraz mitinqləri keçirilib.

"Report" Anadolu Agentliyinə istinadən xəbər verir ki, dinc şəkildə keçirilmiş mitinqlərdə PKK-dan qanlı terrorlara son qoymaq tələb olunub. Nümayişlərdə “Vətənə sevgi”, “Şəhidlərə ehtiram” şüarları səsləndirilib, Türkiyənin İstiqlal marşı oxunub.

Rəsmi məlumatlara görə, son 48 gün ərzində PKK tərəfindən 57 nəfər hərbçi, 15 mülki şəxs qətlə yetirilib, 204 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi