​Türkiyədə partlayış: bir əsgər şəhid olub, 8-i yaralanıb

​Türkiyədə partlayış: bir əsgər şəhid olub, 8-i yaralanıb Hadisə əsgərlərin terrorçuların məhəllədə qazdıqları çuxurları doldurarkən baş verib
Region
19 May , 2016 16:47
​Türkiyədə partlayış: bir əsgər şəhid olub, 8-i yaralanıb

Bakı. 19 may. REPORT.AZ/ Türkiyənin Nusaybin bölgəsinin Yenişehir məhəlləsində terrorçu PKK qruplaşmasının qazdığı çuxurlardakı əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 9 əsgər yaralanıb. "Report"un Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, yaralılardan 3-nün vəziyyəti ağırdır. 

Yaralı əsgərlər xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan yaralılardan biri hospitalda həyatını itirib.

Məlumata görə, hadisə əsgərlərin terrorçuların məhəllədə qazdıqları çuxurları doldurarkən baş verib. 

Son xəbərlər

Orphus sistemi