​Türkiyədə partlayış nəticəsində 20 nəfər yaralanıb

​Türkiyədə partlayış nəticəsində 20 nəfər yaralanıb Hadisə Türkiyənin Nusaybin şəhərinin mərkəzində baş verib
Region
2 Noyabr , 2015 06:14
​Türkiyədə partlayış nəticəsində 20 nəfər yaralanıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Türkiyənin cənub-şərq vilayəti Mardində baş verən partlayış nəticəsində ən azı 20 nəfər xəsarət alıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, partlayış Türkiyənin Suriya ilə sərhəddə yerləşən Nusaybin şəhərinin mərkəzində baş verib.

Yaşayış ərazisində saxlanılan maşın hələ ki, istintaqa məlum olmayan səbəblərdən partlayıb. Hadisə nəticəsində yaxınlıqdakı ticarət mərkəzində yanğın başlayıb.

Qeyd olunur ki, bütün zərərçəkənlər yerli xəstəxanaya aparılıb, onların əksəriyyəti nəfəs çatışmazlığı və yüngül xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi