Bakı. 23 oktyabr. REPORT.AZ/ Türkiyədə partlayış baş verib.
"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.
Məlumata görə, hadisə Bingöl rayonunda qeydə alınıb. Belə ki, naməlum şəxs polis avtomobilinin keçdiyi ərazidə partlayıcı qurğunu işə salıb.
Nəticədə hüquq-mühafizə orqanlarının 1 əməkdaşı ölüb, 6 asayiş keşikçisi xəsarət alıb. Xəsarət alanlar arasında mülki şəxslər də var.
Yaralıların vəziyyəti barədə məlumat verilmir.