Türkiyədə iki partiya qərargahında partlayış olub

Türkiyədə iki partiya qərargahında partlayış olub Ən azı altı nəfər yaralanıb
Region
18 May , 2015 23:24
Türkiyədə iki partiya qərargahında partlayış olub

Bakı. 18 May. REPORT.AZ/ Türkiyənin Xalq Demokratik Partiyasının (HDP) Mersin və Adana şəhərlərindəki qərargahları yaxınlığında iki partlayış olub.

"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı altı nəfər yaralanıb.

Qeyd edək ki, iyunun 7-də Türkiyədə parlament seçkiləri keçiriləcək.

İctimai rəy sorğusunun nəticəsinə görə, HDP seçicilərin 11 faizə qədərinin səsini qazana bilər.

Son xəbərlər

Orphus sistemi