​Türkiyədə parlamentdə yer qazanan partiyalara veriləcək yardımların məbləği açıqlanıb

​Türkiyədə parlamentdə yer qazanan partiyalara veriləcək yardımların məbləği açıqlanıb Həmin məbləğ büdcə tam hesablandıqdan sonra 2016-cı il aprelin 10-da onlara veriləcək
Region
2 Sentyabr , 2015 20:27
​Türkiyədə parlamentdə yer qazanan partiyalara veriləcək yardımların məbləği açıqlanıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Türkiyədə iyulun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə görə, Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Xalqların Demokratik Partiyasının (HDP) dövlətdən alacağı yardımın məbləği açıqlanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, AKP 18,9 milyon lirə (6,76 milyon manat), CHP 11,6 milyon lirə (4,06 milyon manat), MHP 7,6 milyon lirə (2,72 milyon manat) və HDP isə 6,1 milyon lirə (2,18 milyon manat) yardım alacaq.

Xəbərdə bildirilir ki, noyabrın 1-də parlamentə növbədənkənar seçkilər keçirildiyindən, partiyalara bu yardım bir az gec veriləcək. Buna səbəb dövlət büdcəsinin tam təsdiqlənməməsi göstərilir. Bu baxımdan adları çəkilən siyasi təşkilatlar yardımın bir hissəsini müvəqqəti büdcədən 2016-cı il yanvarın 10-da ala biləcəklər. Büdcə tam hesablandıqdan sonra partiyalar göstərilən məbləği gələn il aprelin 10-da alacaqlar.

Son xəbərlər

Orphus sistemi